Misirdə qarşıdurmalar davam edir

Baş verən qarşıdurma zamanı 5 nəfər ölüb, 1 zabit yaralanıb.

155642
Misirdə qarşıdurmalar davam edir

Misirin Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Əş-Şərkiyyə şəhərində Ənsar Beyt əl-Makdis təşkilatının silahlıları bölgədə əməliyyat təşkil edib. Baş verən qarşıdurma zamanı 5 nəfər ölüb, 1 zabit yaralanıb.
Ordunun “Facebook” səhvəsində isə Misir ordusunun Sina Yarımadası və Əş-Şərkiyyə şəhərində təşkil etdiyi əməliyyatlarda 19 nəfərin öldürüldüyü, 45-nin isə nəzarətə alındığı qeyd edilir.
Qeyd edək ki, oktyabrın 24-ü Şimali Sina əyalətinə təşkil olunan hücumlarda onlarla əsgərin ölməsi və yaralanmasından sonra, Misir rəhbərliyi, bölgədə 3 aylıq fövqəladə hal elan etmiş və hərbi əməliyyatlara başlamışdı.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr