Cǝnubi Sudanda 750 min uşağın evsiz qalıb

UNICEF, Cǝnubi Sudanda yaşanan zorakılıq hadisǝlǝri sǝbǝbindǝn 750 min uşağın evsiz qaldığını açıqlayıb.

147777
Cǝnubi Sudanda 750 min uşağın evsiz qalıb

UNICEF, Cǝnubi Sudanda yaşanan zorakılıq hadisǝlǝri sǝbǝbindǝn 750 min uşağın evsiz qaldığını açıqlayıb.
BMT Uşaqlara Yardım Fondu UNICEF-in Cǝnubi Sudandakı şiddǝt hadisǝlǝrindǝn ǝziyyǝt çǝkǝn uşaqlar haqqında yayımladığı hesabatda, 2013-cü ilin dekabr ayından etibarǝn baş verǝn zorakılıq hadisǝlǝri sǝbǝbindǝn evsiz qalan uşaqlardan 320 minin isǝ qonşu ölkǝlǝrdǝ qaçqın olaraq yaşadığı bildirilib.
400 minǝ yaxın uşağın tǝhsil hǝyatının sona çatdığına işarǝ edilǝn hesabatda , 12 min uşaqdan isǝ silahlı qruplar tǝrǝfindǝn “uşaq ǝsgǝr” olaraq istifadǝ edildiyi vurğulanıb.
Hesabatda hǝmçinin 2015-ci ildǝ Cǝnubi Sudanın tǝcili ehtiyaclarının ödǝnilmǝsi üçün 166 milyard dollara ehtiyac olduğu da bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr