Hollande-dәn Rusiyaya sürpriz ziyarət

Hollande Qazaxıstana səfərdәn qayıdarkәn Rusiyaya sürpriz ziyarət reallaşdırıb.

139090
Hollande-dәn Rusiyaya sürpriz ziyarət

Fransa prezidenti Fransua Hollande Qazaxıstana səfərdәn qayıdarkәn Rusiyaya sürpriz ziyarət reallaşdırıb.
Hollande, Moskva hava limanında bir araya gәldiyi Vladimir Putin ilә Ukrayna böhranına dair fikir mübadiləsi edib. Söz mövzusu böhrandan sonra Rusiyanı ziyarət edən ilk Qərbli lider olan Fransua Hollande, Rus hәmkarına “problemə birlikdə həll yolu tapılmalıdır” deyib.
Danışıqlardan sonra tәşkil edilәn birgә mәtbuat konfransında isә Putin, Ukraynada yaxın bir gələcəkdə yekun bir atəşkəs imzalanması mövzusunda ümidli olduğunu, ölkəsinin Ukraynanın ərazi bütövlüyünә dәstәk verdiyini bildirib. Rusiyaya tәhvil verilmәsi nәzәrdә tutulan, ancaq Paris tərəfindən Ukraynadakı hadisələr sәbәbindәn tәxirә salınan 2 hәrbi gəmi ilә bağlı mövzunun gündimә salınmadığını ifadәedәn Putin, ancaq razılaşma şərtlərinin tәtbiq edilәcәyinә әminliyini sәslәndirdiyini deyib.
Hollande isə görüşdə, tərəfləri bir birindәn ayıran qroblemlәri aradan qaldırmaqda çalışdıqlarını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr