Çinin sabiq naziri ittiham olunur

İctimai təhlükəsizlik naziri Cjou Yunkan kommunist partiyasının sıralarından çıxarılaraq hәbs edilib

139565
Çinin sabiq naziri ittiham olunur

Çinin keçmiş ictimai təhlükəsizlik naziri Cjou Yunkan kommunist partiyasının sıralarından çıxarılaraq hәbs edilib.İntizam pozuntusu ilə bağlı cinayətə görə məsuliyyətə cəlb olunan ən yüksək vəzifəli Çin məmuru mövqeyindә olan 71 yaşındakı sabiq nazir Cjou Yunkan rüşvətxorluqdan tutmuş, dövlət sirrini yaymağa qədər bir çox cinayətdə ittiham olunur.
Bir qədər əvvəl keçmiş nazirdən və onunla əlaqəli şəxslərdən 14,5 milyard dollarlıq vəsaitin müsadirə edildiyi bildirilmişdi. 2002-2007-ci illərdə Çinin ictimai təhlükəsizlik naziri vəzifəsində çalışmış Cjou Yunkan 2007-2012-ci illərdə Çin kommunist partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda da yüksək vәzifәdә olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr