Rusiya Türkiyәyә satdığı tәbii qazın qiymәtini ucuzlaşdırır

Rusiya Türkiyəyə satdığı təbii qazın qiymətini ucuzlaşdırdığı barədə açıqlama verib.

137557
Rusiya Türkiyәyә satdığı tәbii qazın qiymәtini ucuzlaşdırır

Rusiya Türkiyəyə satdığı təbii qazın qiymətini ucuzlaşdırdığı barədə açıqlama verib.
Rusiyanın enerji naziri Aleksandr Novak, Türkiyəyə verilən təbii qazın qiymətində ilk mərhələdə 6 faiz ucuz olacağını, daha sonra isə bu rəqəmin 15-ə yüksələ biləcəyini bildirib. Nazir “bu rəqəmi 15 faizə yüksəltmək, mövcud bazar şərtləri, neft və təbii qaz qiyməti və ortaq təbii qaz layihələrindən asılıdır” deyə bildirib.
Qeyd edək ki, Rusiya Dövlət Başçısı Vladimir Putin, dekabr ayının 1-i Ankaraya səfəri zamanı, yanvar ayının 1-dən Türkiyəyə verilən təbii qazın qiymətindən 6 faiz daha ucuz olacağını bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr