Putin zirvǝdǝn erkǝn ayrılıb

Qǝrbli ölkǝlǝrlǝ Rusiya arasında son zamanlarda Ukrayna mǝsǝlǝsi sǝbǝbindǝn yaşanan gǝrginlik, ötǝn gün G20 ölkǝlǝrinin zirvǝ toplantısında da özünü göstǝrib.

191585
Putin zirvǝdǝn erkǝn ayrılıb

Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük İyirmilik” sammiti çərçivəsində baş tutmuş görüş zamanı Avstraliya, ABŞ və Yaponiya liderləri Rusiyanı Ukraynada vəziyyəti gərginləşdirməyə son qoymağa çağırıb.
“BBC”-dən verilən xəbərə görə, Sindzo Abe, Barak Obama və Tonni Ebbot Krımın Rusiya tərəfindən anneksiya olunmasına etiraz bildiriblər, həmçinin, bu ilin iyulunda Ukraynanın şərqində “Boinq -777” sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan şəxslərin məhkəməyə cəlb edilməsinin vacibliyini qətiyyətlə qeyd ediblər.
“G-20” sammitinin ikinci günü Barak Obamanın Aİ liderləri ilə görüşü planlaşdırılıb.
Görüş zamanı Rusiyanın Ukrayna ilə bağlı apardığı siyasətə razılaşdırılmış cavab tədbirlərinin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, BBC-nin verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin bu gün “Böyük İyirmilik” sammitini vaxtından əvvəl tərk edərək Moskvaya yola düşüb. Onun hətta sammit iştirakçılarının şərəfinə təşkil olunmuş səhər yeməyində iştirak etmədiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr