Brüsseldǝ etiraz aksiyaları

120 minədək insanın iştirak etdiyi nümayişdǝ polislə aksiyaçılar arasında toqquşma yaranıb.

184981
Brüsseldǝ etiraz aksiyaları

Belçikanın paytaxtı Brüsseldə hökumətin sosial və büdcə siyasətinə qarşı keçirilən etiraz aksiyasında baş vermiş qarşıdurmada 110 asayiş keşikçisi xəsarət alıb.
120 minədək insanın iştirak etdiyi nümayişdǝ polislə aksiyaçılar arasında toqquşma yaranıb.
Etirazçılar polisə daşlarla hücum edib, zibil qutularını aşıraraq yandırıb, avtomobilləri çeviriblər.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Hadisǝlǝr zamanı 13 nəfərin saxlanıldığı qeyd edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr