"İsrail hǝrb günahı işlǝyib"

Beynǝlxalq Әfv Tǝşkilatı, İsrailin Qǝzzaya yönǝldilmiş hücumlarında qadın vǝ uşaqların da aralarında olduğu fǝlǝstinli sakinlǝrin evlǝrini hǝdǝf alaraq, hǝrb günahı işlǝdiyini bildirib.

182238
"İsrail hǝrb günahı işlǝyib"

“İsrail hǝrb günahı işlǝyib”
Beynǝlxalq Әfv Tǝşkilatı, İsrailin yay müddǝtindǝ davam etdirdiyi Qǝzzaya yönǝldilmiş hücumlarında qadın vǝ uşaqların da aralarında olduğu fǝlǝstinli sakinlǝrin evlǝrini hǝdǝf alaraq, hǝrb günahı işlǝdiyini bildirib.
Beynǝlxalq Әfv Tǝşkilatının hazırladığı hesabatda, 18 min evin mǝhv edildiyi, bǝzi hücumlarda isǝ evlǝrdǝ olan ailǝ fǝrdlǝrinin faciǝli şǝkildǝ öldüklǝri qeyd edilib.
Hesabatda bildirilib ki, birbaşa vǝ ya qǝrǝzli olaraq dinc ǝhalinin hǝdǝfǝ alındığının müşahidǝ edildiyi bu durumlarda, hücumlar hǝrb günahı tǝşkil edir. Tǝşkilat tǝrǝfindǝn aparılan araşdırmada aydın oldu ki, İsrail hücumlardan öncǝ ev sakinlǝrinǝ xǝbǝr vermǝyib. Hǝrgah xǝbǝr verilseydi, bu qǝdǝr sakin hǝlak olmazdı. Bu vǝziyyǝt aşkar şǝkildǝ ortadadır.
Hesabatda o da vurğulanıb ki, İsrail bu hücumları nǝyǝ görǝ hǝyata keçirdiyinǝ dair tǝlǝb edilǝn açıqlamaya cavab vermǝyib.
Qeyd edǝk ki, İsrailin illǝrdir mühasirǝdǝ saxladığı Qǝzzaya iyulun 7-dǝ başlatdığı vǝ 51 gün davam edǝn hücumlarında, 2 min 157 nǝfǝr hǝyatını itirmiş, 11 mindǝn artıq insan isǝ yaralanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr