"Ebola" ya yoluxduğu şübhələnilən tibb bacısı evindən çıxdı

Xəstəliyin Avropa və Amerika Birləşmiş Ştatlarında üzə çıxmasından sonra bir çox ölkədə mübarizə tədbirləri davam etdirilir

176230
"Ebola" ya yoluxduğu şübhələnilən tibb bacısı evindən çıxdı

 Xəstəliyin Avropa və Amerika Birləşmiş Ştatlarında da üzə çıxmasından sonra bir çox ölkədə mübarizə tədbirləri davam etdirilir. ABŞ-da isə tibb işçilərinə qarşı tətbiq olunan məcburi karantin qərarı müzakirə edilir. Bu qərarın ilk tətbiq olunduğu tibb bacısı Kaci Hickox evindən qaçıb. Syerra Leondan qayıdan amerikalı tibb bacısı Kaçi Hickox, velosipedlə gəzməyə çıxıb. Main ştatında rəsmilər nəzarəti yenidən tətbiq etmək üçün məhkəməyə gedəcəklərini açıqlayıb. Hickox, xəstəlik əlaməti aşkarlanmasına baxmayaraq ölkədəki bəzi ştatlarda tibb işçilərinə qarşı qərardan sonra karantin altına alınmış, daha sonra bu müddəti evində tamamlamasına icazə vermişdi. “Sərhəd Tanımayan Həkimlər Təşkilatı”da bu qərara etiraz ediblər. Təşkilat, karantinin, könüllü olaraq Qərbi Afrikada işləyən səhiyyə işçilərini həvəsdən saldığını açıqlayıb. ABŞ-nın Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Samantha Pover da, Ebola ilə mübarizə üçün bölgəyə gedən könüllülərə ölkələrinə döndüklərində "qəhrəman" kimi davranılmasının lazım olduğunu söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr