Ağ Evdə Ebola məsələsi müzakirə edilib

ABŞ prezidenti Barak Obama BMT Baş katibi Pan Gi Mun ilə telefon danışığı aparıb.

156162
Ağ Evdə Ebola məsələsi müzakirə edilib

ABŞ prezidenti Barak Obama Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun ilə telefon danışığı aparıb.
Ağ Evdən verilən açıqlamaya görə Obama Pan Gi Mun ilə Qərbi Afrikadakı Ebola virusu ilə mübarizə istiqamətində beynəlxalq səviyyədə güclü öhdəliklərə və bölgəyə yardımların sürətlə çatdırılmasına ehtiyac olduğuna dair müzakirələr aparıb.
Ebolanın yayılma təhdidinə toxunan Obama BMT-nin səylərinin bütün üzv ölkələr tərəfindən dəstəklənməsinin lazım olduğunu, epidemiyanı dayandırmaq üçün personal, avadanlıqlara ehtiyac duyulduğunu, virusdan əziyyət çəkən ölkələr və xalqlar arasında böhranın dağıdıcı təsirini dayandırmağın vacibliyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr