Ebola epidemiyasından 3 mindǝn artıq insan ölüb
BMT, ebola epidemiyasından 3 mindǝn artıq insanın öldüyünü açıqlayıb.
BMT, ebola epidemiyasından 3 mindǝn artıq insanın öldüyünü açıqlayıb.
Digǝr tǝrǝfdǝn, ABŞ-da virusa görǝ hǝyǝcan siqnalı verilib.
Texas ştatının Dallas şǝhǝrindǝ ebola virusu yoluxmuş bir şǝxsin ǝlaqǝdǝ olduğu aşkarlanan 18 nǝfǝr, müşahidǝ altına alınıb.
BMT tǝrǝfindǝn yayımlanan mǝlumata ǝsasǝn, epidemiya indiyǝdǝk 3 mindǝn artıq insanın hǝlakına sǝbǝb olub.
Digǝr tǝrǝfdǝn, BMT Ebola Tǝcili Müdaxilǝ Missiyası, 2 ayda virusa yoluxanların müalicǝsindǝ, 70 faiz nisbǝtindǝ irǝlilǝyiş ola bilǝcǝyini bildirib. Ancaq bu müddǝt ǝrzindǝ, bu xǝstǝlikdǝn ölǝnlǝrin 4 minǝ çıxmasının nǝzǝrǝ alındığı ifadǝ edilib.
BMT Baş katibi Pan Gi Mun da ebola epidemiyası ilǝ mübarizǝ etmǝk üçün ǝmǝkdaşlıq edilmǝsi barǝdǝ çağırış edib.
Ümumdünya Sǝhiyyǝ Tǝşkilatının Cenevrǝdǝki mǝrkǝzini ziyarǝt edǝn Pan, SARS vǝ quş qripi kimi epidemiyalarda olduğu kimi, ebola ilǝ mübarizǝdǝ dǝ müsbǝt nǝticǝ ǝldǝ edilǝ bilǝcǝyini deyib.
Әlaqәli Xәbәrlәr
![Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir](http://cdn.trt.net.tr/images/medium/rectangle/f927/6685/c0fc/667169b65a2a6.jpg?time=1718725903)
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...