İranda Twitter sosial şəbəkəsinin istifadәsinә icazә verilsin

Dick Costolo İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə İrandakı Twitter qadağası ilə bağlı telefon danışıqları aparıb.

142914
İranda Twitter sosial şəbəkəsinin  istifadәsinә  icazә verilsin

Twitter sosial şəbəkəsinin icraçı direktoru Dick Costolo İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə İrandakı Twitter qadağası ilə bağlı telefon danışıqları aparıb.
Dick Costolo özünün Twitter hesabı vasitəsilə yaydığı məlumatda bildirib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Twitterin İranda yenidən açılması haqqında telefon danışığı aparıb. Costolo ölkəsində qadağan olmasına baxmayaraq İran prezidentinin Twitterin aktiv istifadəçisi olduğunu deyib və prezidentə müraciət edərək bildirib ki, "Cənab prezident, BMT-də atdığınız Tweeti zövqlə təqib edirik. İran xalqının da eyni zövqü yaşamasını istərdik. Bu nə vaxt reallaşacaq? "sualı ilə özünün səhifəsində yazıb.
Xatırladaq ki, Tehran rəhbərliyi İran vətəndaşların əxlaqının qorunması və kiber hücumların qarşısının alınması məqsədilə Twitter və Facebook sosial şəbəkələrinə girişi qadağan edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr