Brüssel, Anverpen və Amsterdamda İsrail әleyhindә aksiyalar

İsrailin Qəzza Zolağına istiqamətli hücumlarından Brüssel, Anverpen və Amsterdamda etiraz edildi

102034
 Brüssel, Anverpen və Amsterdamda İsrail әleyhindә aksiyalar

İsrailin Qəzza Zolağına istiqamətli hücumlarından Brüssel, Anverpen və Amsterdamda etiraz edildi.
İsrailin Qəzzaya istiqamətli hücumlarından etiraz mәqsәdi ilә Belçikanın paytaxtı Brüsseldə təxminən 500 nәfәrin iştirak etdiyi aksiya keçirilib.
"Qəzza Zolağının mühasirəsinә son" şuarı sәslәndirilәn nümayişdә İsrailin hücumlarının qisasının alınması, bu ölkә məhsullarının boykot edilməsi və Belçika hökuməti ilə Avropa İttifaqının İsrailə sanksiya tətbiqi etmәsi istәnilib.
Benzer bir nümayiş dә Belçikanın şimalındakı Flaman bölgəsindә yerlәşәn Anverpen şəhərində təşkil edilib. Hollandiyanın paytaxtı Amsterdamda da İsrailin hücumları qınanıb. Hollandiyanın bölgə ilә bağlı izlәdiyi siyasәtinә reaksiya göstərib. Türk və Mәrakeşlilәrin dә qatıldıqları etiraz nümayişindә "Fələstinə azadlıq", "İsrailə boykot", "Qırğına son" deyә şüarlar sәslәndirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr