Türkiyədәn, Rusiyaya qida mәhsulları ixracatı başlayır

93520
Türkiyədәn, Rusiyaya qida mәhsulları ixracatı  başlayır

Türkiyə, Rusiyaya qida mәhsulları ixracatına hazırlaşır.
Ötәn hәftә Türkiyəyə nümayәndә heyəti göndәrәn Rusiya Federasiyası ilə rәsmi Ankara arasında qida mәhsullarının ixracatına dair danışıqlar aparılıb.
Görüşlәr nәticәsindә Ankara ilә Moskva arasında razılaşma imzalanması halda, Türkiyə, Rusiyaya kәnd tәsәrrüfatı mәhsulları başda olmaqla süd və su məhsulları ixrac edəcək.
Rusiya nümayәndә heyətinin Ankarada keçirdiyi görüşlәrdә, Türkiyədәn Rusiyaya müxtәlif qida mәhsullarının ixracatına dair bir çox mövzuda razılaşma әldә edildiyi, heyətlər arasındakı danışıqların nəticələrinə görə; Türkiyə yalnız Rusiyaya deyil, gömrük sisteminә üzv ölkələrə də qida mәhsulu ixrac edәcәyi qeyd edilib.
Qida mәhsulları İxrac etmək istəyən fima siyahılarının Rusiya Federasiyası rәsmilәrinә tәqdim edildiyi, lazımlı araşdırmalar aparıldıqdan sonra qısa müddətdə ixracat işinә başlanacağı bildirilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr