Ebola təhdidi davam edir

Ümumdünya Səhiyyə Təşkilatı, fövqəladə tədbirlər alınması zərurətinə diqqət çəkib.

92601
Ebola təhdidi davam edir

Qərbi Afrikada mindən çox adamın ölümünə gətirib çıxaran Ebola təhdidi davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı, fövqəladə tədbirlər alınması zərurətinə diqqət çəkib.
Lakin, təşkilat, təyyarələrdə xəstəliyin yayılma riskinin az olduğunu bildirib.
Vəziyyəti döyüşə bənzədən Sərhəd Tanımayan Həkimlər Təşkilatı da Ebola epidemiyasının nəzarətə alınmasının 6 ay davam edə biləcəyini qeyd edib.
Qərbi Afrikada xəstəliyin yayılmasına qarşı tədbirlər artırılır.
Bu arada, Beynəlxalq Olimpiya Komitəsi, Çindəki Gənclik Olimpiadalarında, Qərbi Afrika ölkələrindən gələn atletlərin bəzi oyunlara qatılmalarına icazə verilməyəcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr