Nazirlərin Brüssel toplantısı

Avropa Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Ukraynada vurulan təyyarənin ardından Rusiyaya qarşı sanksiyaları genişləndirməyi müzakirə etmək üçün dünən Brüsseldə toplandılar.

68327

Hadisədən sonra ilk dəfə bir araya gələn nazirlər təyyarənin vurulmasında bilvasitə ya da bir-başa məsuliyyət daşıyanların ədalət mǝhkǝmǝ qarşısında cavab vermələrinin lazım olduğunu vurğulayıblar.
Nazirlər dəqiq hədəfli sanksiyalara hazırlıqların sürətləndirilməsi istiqamətində razılaşıb. Hazırlıqların bu ayın sonuna qədər tamamlanmasının ardından Krımın Rusiyaya birləşdirilməsi və Şərqi Ukraynadakı qeyri-sabitlik mühitindən faydalanan şəxs və qurumlara qarşı da sanksiyalar genişləndiriləcək.
Nazirlər toplantının yekun bəyannaməsində Rusiyanın addım atmaması qarşılığında yeni sanksiya paketinin gecikmədən qəbuluna hazır olduqlarını da ifadə ediblǝr.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr