Yeraltı terror təşkilatının məhkəmə prosesi

Almaniyada 2000-2007 illəri arasında 8-i türk olmaqla 10 nəfərin qətlində ittiham olunan irqçi Nasional Sosialist Yeraltı terror təşkilatının məhkəmə prosesi davam edir.

117040

Daha əvvəl həbssiz mühakimə olunması tələbi məhkəmə tərəfindən rədd edilən şübhəli Ralf Vollebennin vəkilləri hakimin dəyişməsini tələb ediblər. Ancaq onların bu tələbi məhkəmə tərəfindən rədd edilib.
Məhkəmədə ifadǝ verməsi üçün müraciət edilən Ralf Volleben və yoldaşı isə susma haqqından istifadə edərək sualları cavablandırmayıb.
Qeyd edək ki, təqsirləndirilən Ralf Volleben terror təşkilatı üzvlərini cinayətlərin törədildiyi silahı verməkdə və təşkilata kömək etməkdə ittiham olunur.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr