Putin, həmkarı Barack Obamaya təbrik mesajı ünvanlayıb

Rusiya və Amerika Birləşmiş Ştatları arasındakı gerginliyin səngiyəcəyi gözlənilir.

117776
 Putin, həmkarı Barack Obamaya təbrik mesajı ünvanlayıb

Rusiya və Amerika Birləşmiş Ştatları arasındakı gerginliyin səngiyəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münaibəti ilə Amerikalı həmkarı Barack Obamaya təbrik mesajı ünvanlayıb.
Məktubda iki ölkə arasındakı əlaqələrin daha yaxşı olması çağırışları əks olunub.
Kremldən verilən məlumata da bildirilir ki, iki ölkə arasında anlaşılmazlıqlara baxmayaraq əlaqələrin inkişafına ümidlidirlər.
Eyni zamanda iki ölkənin yalnız öz mənfəətləri üçün deyil, qlobal sabitlik üçün də birlikdə çalışmasının vacibliyi vurğulanıb.
BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ olan Vaşinqton və Moskva arasındakı münasibətlər Ukrayna və Suriya məsələsinə görə fikir ayrılıqları səbəbindən son illərdə soyuyub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr