Kıbrıs probleminin hәlli ilә bağlı әmhәmiyyәtli addımlar atılır

Kıbrıs probleminin həlli üçün fevral ayında başlayan müzakirələr davam edir.

99597
Kıbrıs probleminin hәlli ilә bağlı әmhәmiyyәtli addımlar atılır

Kıbrıs probleminin həlli üçün fevral ayında başlayan müzakirələr davam edir.
Adada daimi bir ortaq dövləti qurulması üçün türk ekspert Qüdrət Özersay ilə Rum ekspert Andreas Mavroyannis yenidən görüşlər keçirib. 4 saat davam edən görüşdə Avropa Birliyi və vətəndaşlıq mövzular müzakirə olunub, qarşılıqlı təkliflər irəli sürülüb. Ekspert Qüdrət Özersay, bu dəfəki görüşün daha səmimi keçdiyini bildirib. Bu günə dək müzakirə olunan mövzularda irəliləyişin olduğunu deyən Özersay, ancaq müzakirələrdə yol xəritəsinin təyin olunması mövzusunda tərəflər arasında hələ də anlaşma əldə olunmadığını qeyd edib. Tərəflər arasında növbəti görüş iyunun 23-də Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Eroğlu və Rum rəhbərliyinin lideri Nikos Anastasyadis arasında keçiriləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr