5 milyard avroluq tunel

Dənizin altında 5 milyard avroluq keçid.

100267
 5 milyard avroluq tunel

Danimarka ilə Almaniya arasında, dəniz altından tunel çәkilәcәk. Gələn il hәyata keçirilәcәk olan layihənin 2021-ci ildə başa çatması planlaşdırılır.
Keçid, Danimarkanın Rodby limanı ilə Almaniyanın Putgarden limanını bir-birinə bağlayacaq. Femern keçidi, Skandinaviya ölkələri ilə Avropa qitəsini da birləşdirmiş olacaq. Yeni keçid sayəsində, iki ölkə limanları arasında dəniz ya da quru yolu ilə bir saatdan uzun sürən səfərlər, yalnız 8 dəqiqəyə həyata keçəcək. 18 kilometr uzunluğunda olacaq tuneldə, nəqliyyat vasitələri üçün ayrı keçidlər və qaçış tuneli olacaq. Tuneldə nəqliyyat vasitələri saatda 110, qatarlar isə 200 kilometr sürətlə hərəkət edə biləcək. 5 milyard yarım avroya başa gələcək keçidin tikintisində təxminən 30 min nəfər çalışacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr