Rusiya, Ukraynanı günahlandırıb

Rusiya, Ukraynanı Slavyanskda ağ fosfor bombası istifadǝ etmǝkdǝ günahlandırıb

94313
Rusiya, Ukraynanı günahlandırıb

Ukraynanın şǝrqindǝ yerlǝşǝn liman şǝhǝri Mariopulu ǝlǝ keçirǝn silahlı qruplar, şǝhǝrdǝ Rusiya tərəfdarları 32 nǝfǝri saxladıqlarını bildirib.
Özlǝrini Azov adlandıran vǝ Ukrayna ordusu ilǝ Mariupol şǝhǝrinǝ girǝn silahlılar, saxladıqları Rusiya yönümlülǝri dindirmǝk üçün hava limanına aparıb.
Ukrayna Daxili İşlǝr Nazirliyi, şǝhǝrin geri qaytarılması üçün hǝyata keçirilǝn ǝmǝliyyatda 4 ǝsgǝrin yaralandığını bildirib. 6 saat davam edǝn toqquşmalarda, ǝn azı 5 Rusiya yönümlü ölüb.
Digǝr tǝrǝfdǝn, Rusiyanın Ukraynadakı separatçılara 3 tank göndǝrdiyi, Donetskdǝ müstǝqilliklǝrini elan edǝnlǝr tǝrǝfindǝn dǝ tǝsdiqlǝnib.
Ukrayna hǝrbçilǝri, mühasirǝdǝ saxladıqları Slavyanski şəhərini bombalamağı davam etdirir.
Rusiya, Ukraynanı Slavyanskda ağ fosfor bombası istifadǝ etmǝkdǝ günahlandırıb.
Rusiyanın BMT nümayǝndǝsi beynǝlxalq ictimaiyyǝti hǝrǝkǝtǝ keçmǝyǝ çağırıb. Rusiya televiziyaları da sıx sıx bombardıman görüntülǝrini yayımlayır.
Bombaların ağ fosfor bombası olup olmadığı hǝlǝ müstǝqil mənbələr tǝrǝfindǝn açıqlanmayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr