NATO, Cənubi Osetiyada keçirilən seçkiləri tanımayacaq

Foq Razmussen, Cənubi Osetiyada keçirilən seçkiləri tanımadıqlarını açıqlayıb.

87963
NATO, Cənubi Osetiyada keçirilən seçkiləri tanımayacaq

NATO, Cənubi Osetiyada keçirilən seçkiləri tanımayacaq.
NATO-nun baş katibi Anders Foq Razmussen, 2008-ci ildəki döyüşlərdən sonra Rusiyanın müstəqilliyini tanıdığı Gürcüstanın, Cənubi Osetiyada keçirilən seçkiləri tanımadıqlarını açıqlayıb.
Anders Foq Razmussen, yazılı açıqlamasında, NATO-ya üzv olan ölkələrin, Gürcüstanın tərkibində olan Abxaziya və Cənubi Osetiya bölgələrini müstəqil dövlətlər olaraq tanımadığını xatırladaraq “Bu seçkilər, Gürcüstandaki vəziyyətdə sülhün təmin olunmasına kömək etmir” deyib. Razmussen, NATO müdafiə nazirlərinin Gürcüstanın beynəlxalq sahədə tanınmış sərhədləri içindəki suverenliyinə və ərazi bütövlüyünə tam dəstək verdiklərini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr