23 ildәn sonra Somaliyә sәfir

ABŞ 23 il fasilədən sonra Somaliyə səfir təyin edib.

82405
23 ildәn sonra Somaliyә sәfir

ABŞ 23 il fasilədən sonra Somaliyə səfir təyin edib.
Qərar , Vaşinqton rəhbərliyi tərəfindən qəbul edilib. xarici işlər nazirinin siyasi məsələlər üzrə
müavini Vendy Şerman , Obama rəhbərliyinin qərarını paytaxt Vaşinqtonda keçirilən bir tədbirdə açıqlayıb. Somaliyə səfirin təyin edilməsini , “Vaşinqton ilə Mogadişu arasındakı əlaqələrin güşləndirilməsi” olaraq bildirən Sherman, bunun eyni zamanda Somalinin , gələcəkdə sabitlik əldə edəcəyinə inandıqlarının sübutu olduğunu bilidirib. Səfirin adını açıqlamayan Şerman , yaxın vaxtlarda bunun məlum olacağını deyib. Qeyd edək ki, rəsmi Vaşinqton Mogadişudaki səfirliyini 1991-ci ildə ölkədə baş verən vətəndaş müharibəsindən sonra bağlamışdı. Səfirlik bağlandıqdan sonrakı il Mogadişuya gedən amerikan əsgərlər 1993-cü ildə “Qara Şahin” faciəsi ilə qarşılaıblar. Vertolyotun Qəzaya uğraması nəticəsində 19 amerikalı əsgər həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr