Fәlәstinli lider Abbasdan şərtli müzakirə çağırışı

Mahmud Abbas, İsraili şәrtli müzakirәyә sәslәyib.

61830
Fәlәstinli lider Abbasdan şərtli müzakirə çağırışı

<p>Fələstin Dövlət Başçısı Mahmud Abbas, ötәn gün Ramallahda baş tutan “Qüdsə Dəstək Fondu” yığıncağında etdiyi çıxışında İsraili şәrtli müzakirәyә sәslәyib.
<p>Mahmud Abbas , “İsrailin , 1993-cü ildә Oslo sazişindən əvvəl həbs olunan 4-cü qrup fələstinli məhkumları sərbəst buraxması, Yəhudi yaşayış mәskәnlәrinin tikilmәsinә dair inşa fəaliyyətlərini dayandırması və sərhəd məsələsi ilә bağlı danışıqların başlaması halında İsrail ilә daha üç ay müzakirә masasında otura bilәcәklәrini bildirib.
<p>Qarşıdakı günlәrdә texnokrat hökumətinin qurulmasına dair danışıqlara başlayacaqlarını ifadә edәn Mahmud Abbas, İsrailin Yəhudiləşdirmə fəaliyyətləri səbəbiylə Qüdsün ciddi problemlərә mәruz qaldığını, burada yaşayanların müqavimətini möhkәmlәşdirmәk üçün Qüdsün maddi dəstəyə zәrurәt duyduğunu vurğulayıb.
<p>Fələstin Dövlət Başçılığı təşkilatının Qüdsə Dəstək Fonduna 1 milyon dollar yardım etdiyini xatırladan Abbas, Fələstin vətəndaşları və təşkilatlarının Qüdsü qorumaları üçün, müsәlmanları yardıma sәslәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr