"Görüşümüz regional əməkdaşlığın effektiv mexanizmlərindən biridir", İ.Dariaşvili

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili üç ölkənin xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında çıxış edib.

2116035
"Görüşümüz regional əməkdaşlığın effektiv mexanizmlərindən biridir", İ.Dariaşvili

Türkiye, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü regional əməkdaşlığın səmərəli mexanizmlərindən birinə çevrilib.

Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili üç ölkənin xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Bu gün biz regional imkanları və çağırışları müzakirə etdik, həmçinin əməkdaşlığımızı daha da genişləndirməyə hazır olduğumuzu bildirdik”, - o vurğulayıb.

Darçiaşvili “Enerji resurslarının Asiyadan Avropaya nəqlində və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Gürcüstan, Azərbaycan və Türkiyenin rolu xüsusilə vacibdir” deyib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sülhlə bağlı irəliləyişə nail olunmasında maraqlıdır və bu istiqamətdə dialoqa çağırır:

“Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq. Bundan başqa, Gürcüstan Orta Şərqdə sülhün əldə olunmasının tərəfdarıdır”.

Darçiaşvili onu da əlavə ki, tərəflər xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyedə keçirilməsi barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr