“Bu sözlər ABŞ və Böyük Britaniya tərəfindən bloklanıb”, M.Zaxarova

Fələstindəki vəziyyətlə bağlı M.Zaxarova deyib ...

2070607
“Bu sözlər ABŞ və Böyük Britaniya tərəfindən bloklanıb”, M.Zaxarova

 

  Rusiya İordan çayının qərb sahilində vəziyyətin təhlükəli istiqamətdə getdiyini və işğal olunmuş Fələstin ərazilərində zorakılıq səviyyəsinin çox dərəcədə artdığını söyləyib.

  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib.

  Fələstindəki vəziyyətə də toxunan M.Zaxarova deyib: “Noyabrın 24-də İsrail və “Həmas” arasında qarşıdurmalarda humanitar fasilə ilə bağlı razılıq əldə edildi. Biz tərəflərin humanitar fasilənin uzadılması qərarını alqışlayırıq. Ümid edirik ki, tərəflər arasında məhsuldar dialoq situasiyadakı gərginliyi azaltmağa və onun davamlılığını təmin etməyə davam edəcək.

  Rusiya regionda vəziyyətə təsir edə biləcək ölkələrlə qarşılıqlı əlaqədədir. Bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası kimi beynəlxalq platformalarda danışıqlar aparırıq.

  Təəssüf ki, “humanitar fasilə”, “atəşkəs”, “gərginliyin azaldılması” sözləri ilə bağlı hər şey ABŞ və Böyük Britaniya tərəfindən bloklanıb.

  İordan çayının qərb sahilində vəziyyət təhlükəli istiqamətdə gedir və biz buna diqqət çəkmək istəyirik. Buradakı vəziyyət Qəzzada baş verən hadisələrin kölgəsində qalıb. Qüdsdə xristian icmasının nümayəndələrinə qarşı da təxribat xarakterli hərəkətlər artıb.

  İsrail ölkədəki bütün dini icmalar üçün bərabər hüquqlar təmin etməlidir”.



Әlaqәli Xәbәrlәr