Ukrayna Rusiya və Belarusa sanksiya qərarını təsdiqləyib

Ukrayna Parlamenti (Rada) Rusiya və Belarusun müdafiə sənayesinə qarşı 50 illik sanksiya qərarını təsdiqləyib.

2067594
Ukrayna Rusiya və Belarusa sanksiya qərarını təsdiqləyib

Ukrayna Parlamenti (Rada) Rusiya və Belarusun müdafiə sənayesinə qarşı 50 illik sanksiya qərarını təsdiqləyib.

Ukraynalı millət vəkili Yarislav Jeleznyakın sosial şəbəkədəki paylaşımına görə, Prezident Volodimir Zelenskinin Radaya təqdim etdiyi qanun layihəsi Baş Assambleyada müzakirəyə çıxarılıb.

İclasda iştirak edən 304 millət vəkilinin dəstəklədiyi qanun layihəsi ilə Rusiya və Belarusla müdafiə sahəsində hər cür əməkdaşlıq, birgə layihə və proqramlar qadağan edilib, hərbi təyinatlı və ikili təyinatlı məhsulların idxalı dayandırılıb.

Müdafiə sahəsində çalışan Rusiya və Belarus şirkətlərinə hər hansı texnologiya və məlumat ötürülməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Ukrayna Parlamenti daha əvvəl İranın Rusiyaya müxtəlif silah növləri ilə yanaşı, pilotsuz uçuş aparatları da verdiyini əsas gətirərək, 50 il müddətinə müxtəlif sahələrdə sanksiya tətbiq edilməsi qərarını təsdiqləyib.



Әlaqәli Xәbәrlәr