Moskvada bütün məhdudiyyətlər aradan qaldırıldı
Rusiya Antiterror Komitəsi Moskva və ətrafında vəziyyətin hazırda stabil olduğunu bildirib
“Vaqner”in başçısı Yevgeni Priqojin hökumətlə razılaşıb. Razılıq Belarus prezidenti Aleksandr Lukaşenkonun əvvəlcə rusiyalı həmkarı Vladimir Putin, sonra Yevgeni Priqojinlə apardığı danışıqlarından sonra əldə olunub.
Razılaşmadan əvvəl Moskva meri Sergey Sobyanin paytaxtda antiterror əməliyyatının elan edildiyini və "riskləri minimuma endirmək" üçün bazar ertəsinin "qeyri-iş günü" olacağını bildirmiş, yüksək hazırlıq barədə xəbərdarlıq etmişdi.
Səlahiyyətlilər iyulun 1-dək Moskvada bütün açıq hava tədbirlərini dayandırdıqlarını açıqlamışdılar.
Razılaşmadan sonra Sobyanin şəhərdəki bütün məhdudiyyətlərin qaldırıldığını elan etdi.
Rusiya Antiterror Komitəsi Moskva və ətrafında vəziyyətin hazırda stabil olduğunu bildirib.
Xatırladaq ki, “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin Rusiya ordusunu “Vaqner”ə hücumda ittiham etmiş və cavab zərbəsi endirməklə hədələmişdi. “Vaqner” döyüşçüləri Ukraynanı tərk edərək sərhədyanı Rostov rayonuna gəlmişdilər. Priqojin səhra düşərgələrinə qayıdacaqlarını, Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov ona qarşı cinayət işinin bağlanacağını demiş, üsyançının Belarusa gedəcəyi bildirilmişdi.
Әlaqәli Xәbәrlәr
Dəməşqdə 100-ə yaxın cəsəd tapılıb
Baas rejiminin devrilməsindən sonra ölkədə axtarış və kəşfiyyat işləri davam edir.
Şia əl-Sudani Entoni Blinkenlə görüşüb
Şia əl-Sudani ABŞ dövlət katibi Entoni Blinkeni Bağdaddakı ofisində qəbul edib.