İsrailin hücumunda daha 3 fələstinli həyatını itirib

İsrail qüvvələri Nablusun şərqindəki Balata Qaçqınlar Düşərgəsinə hücum təşkil edib.

1989070
İsrailin hücumunda daha 3 fələstinli həyatını itirib

Yerli mənbələrin məlumatına görə, İsrail qüvvələri axşam radələrində buldozerlər və hərbi maşınların müşayiəti ilə düşərgəyə basqın edib. Hücum zamanı 3 Fələstinli həyatını itirib, 1-i ağır olmaqla 3 fələstinli də yaralanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, hücum zamanı ölənlərin Muhammed Bilal Zeytun, Fəthi Ebu Rızk və Abdullah Ebu Hamdan olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr