Yunanıstan, Türkiyenin müdafiə sənayesində atılan addımları maraqla izləyir

Yunanıstan qəzetləri Ankarada keçirilən “Gələcəyin Əsri Tanıtım Proqramı”nda Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı  ilə təqdimatı reallaşdırılan Türk hərbi təyyarələrindən söz  aparıb.

1981694
Yunanıstan, Türkiyenin müdafiə sənayesində atılan addımları maraqla izləyir

“İskra” qəzeti “Yunanıstan müharibə sənayesində görünməz ikən Türkiyə 5-ci nəsil döyüş təyyarəsini təqdim etdi”  başlığı ilə çatdırdığı  xəbərində Türkiyenin müdafiə sənayesindəki irəliləyişlərə diqqət çəkib. Türkiyenin milli döyüş təyyarəsi “Kaan”dan bəhs edən qəzet döyüş təyyarəsinin Türkiye istehsalı olan ağıllı sürsatlar ilə təchiz olunduğunu və tamamilə yerli infrastruktura malik olduğunu yazıb.

“Eidiseis” qəzeti isə prezident Ərdoğanın “Kaan" və "Hürjet” digərlərini narahat edəcək, sözlərinə diqqət çəkib və təqdim edilən türk təyyarələrinin xüsusiyyətlərini  şərh  edib.

"Army Voice" saytı, “Ərdoğan Türkiyenin 5-ci nəsil “Kaan” döyüş təyyarəsini idarə etdi” başlığı ilə çatdırdığı yazıda, Prezident Ərdoğanın Türkiye müdafiə sənayesindəki irəliləyişlərlə bağlı sözlərinə paylaşıb. 



Әlaqәli Xәbәrlәr