“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”, N.Paşinyan

Bu barədə Ermənistan mətbuatı yazıb

1976903
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”, N.Paşinyan

 

  Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentinin aprelin 18-də keçirilmiş növbədənkənar sessiyasında deyib: “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”. Bu barədə Ermənistan mətbuatı yazıb.

  Ermənistan hökumətinin başçısı onu da deyib ki, “Əlbəttə ki, sülh bizim tərəfimizdən asılıdır. Arzumdur ki, Azərbaycan ilə tezliklə sülh müqaviləsi imzalansın. Mən belə bir prosesin mümkün olduğuna inanıram”.

  N.Paşinyan regionda yenidən qarşıdurmanın yaranmasının da ciddi problemlər doğura biləcəyini söyləyib: “Regionumuz yenidən “partlayarsa”, bu, həm Rusiya, həm də Qərb üçün ən azı enerji baxımından problemə çevrilə bilər”.



Әlaqәli Xәbәrlәr