Slovyansk şəhərində ölənlərin sayı 15-ə çıxıb
Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərində Rusiyanın bombardmanı nəticəsində vurulan mənzildə can itkisi 15-ə, yaralıların sayı isə 24-ə yüksəlib.
Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərində Rusiyanın bombardmanı nəticəsində vurulan mənzildə can itkisi 15-ə, yaralıların sayı isə 24-ə yüksəlib.
Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada dağıntıların təmizlənməsi, axtarış-xilasetmə işlərinin sona çatdığı, can itkisinin 15-ə yüksəldiyi, yaralananların sayının isə 24 olduğu bildirilib.
Qeyd olunub ki, bombardman nəticəsində qismən dağılan mənzildən 14 yaşlı bir qız da daxil olmaqla 2 nəfər xilas edilib.
Xatırladaq ki, aprelin 14-də Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinə raket zərbəsi endirib və hücum nəticəsində dağıdılan 6 mərtəbəli yaşayış binasında 9 nəfərin həlak olduğu bildirilib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir