“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq”, D.Peskov

aytaxt Moskvada jurnalistlərə açıqlamasında Ukrayna xarici işlər naziri Dmitro Kulebanın "Qara dəniz Baltik dənizi kimi NATO dənizi olmalıdır" sözlərinə reaksiya verən D.Peskov deyib...

1974540
“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq”, D.Peskov

 

  Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qara dəniz heç vaxt NATO dənizi olmayacaq.

  Paytaxt Moskvada jurnalistlərə açıqlamasında Ukrayna xarici işlər naziri Dmitro Kulebanın "Qara dəniz Baltik dənizi kimi NATO dənizi olmalıdır" sözlərinə reaksiya verən D.Peskov Qara dənizin ortaq dəniz olduğuna diqqət çəkərək deyib: “Kulebanın açıqlamaları ziddiyyətlidir. Qara dəniz bütün sahilyanı dövlətləri üçün ümumi dənizdir. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olmalıdır. Qara dənizin bölünməz təhlükəsizliyi olmalıdır. O, heç vaxt NATO dənizi olmayacaq”.



Әlaqәli Xәbәrlәr