İranın xarici işlər nazirinin Moskva səfəri başlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığının heç bir tərəfə qarşı olmadığını bildirib.

1966793
İranın xarici işlər nazirinin Moskva səfəri başlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyaya işgüzar səfəri əvvvəli İran Tələbələri Xəbər Agentliyinə (İSNA) açıqlamasında bu barədə danışıb.

Hüsəyn Əmir Abdullahiyan açıqlamasında İranın pilotsuz təyyarələr müqabilində Rusiyadan müşahidə və kibertəhlükəsizlik avadanlıqları alması ilə bağlı iddialara cavabən: “Tehran və Moskvanın ortaq gündəmindəki məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıqdır. Lakin bizim əməkdaşlığımız heç bir tərəfə qarşı olmayacaq”.

Abdullahiyan qeyd edib ki, Rusiyaya səfəri çərçivəsində Xarici işlər naziri Sergey Lavrovla regional və beynəlxalq məsələləri müzakirə edəcək, nüvə sazişi üzrə danışıqlara dair fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki İranın xarici işlər naziri Abdullahiyanın bu gün Moskvada Lavrovla görüşü gözlənilir.

 

 



Әlaqәli Xәbәrlәr