Bəşər Əsəd Moskvaya səfər edib

Suriyadakı rejimin lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib.

1959766
Bəşər Əsəd Moskvaya səfər edib

Suriyadakı rejimin lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib.
SANA xəbər agentliyinin yaydığı məlumata görə, Bəşər Əsədi daşıyan təyyarə Rusiyanın paytaxtı Moskvanın Vnukovo Beynəlxalq Hava Limanına eniş edib.
Məlumata görə, Bəşər Əsədi hava limanında  Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov və rejimin Moskvadakı səfiri Bəşər Cəfəri qarşılayıblar.
Kremldən verilən bəyanatda Bəşər Əsədin bu gün Vladimir Putinlə görüşəcəyi qeyd edilib.
Bəyanatda tərəflərin siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün cari məsələləri, həmçinin Suriya və onun ətrafındakı problemlərin hərtərəfli həllini müzakirə edəcəkləri bildirilib.



Әlaqәli Xәbәrlәr