Zelenski Qərb ölkələrindən daha çox silah yardımı tələb edib
Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən daha çox silah yardımı tələb edib.
Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən daha çox silah yardımı tələb edib.
Zelenski Avropa səfərindən əvvəl paytaxt Kiyevdə Fransanın “Le Figaro” və Almaniyanın “Der Spiegel” qəzetlərinə eksklüziv müsahibə verib və iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlsə, dayanmayacaq və eyni şeyi digər ölkələrə də edəcək.
"Rusiya hücumlarını dayandırmaq üçün hər gün Qərb liderləri ilə danışdım. Onlardan xahiş etdim ki, bizə daha çox silah versinlər və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etsinlər" ifadəsini işlədən Zelenski Qərb ölkələrini müharibədən əvvəl Rusiyaya qarşı sanksiyalarla bağlı qərar qəbul etmədiklərinə görə tənqid edib.
Avropalıların Krım və Donbasın itirilməsi bahasına müharibəni tez bir zamanda dayandırmaq istədiklərini vurğulayan Zelenski Rusiyanın Ukrayna ilə müharibəni dayandırmayacağına diqqət çəkib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir