ÜST Ukraynanı 8 belə regiondan biri hesab etdi
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən İcraiyyə Şurasına təqdim edilmiş hesabat Rusiya tərəfindən tənqid edilib...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müharibə nəticəsində yaranmış vəziyyətə görə Ukraynanı dünyada səhiyyə üzrə kəskin fövqəladə vəziyyət yaranmış 8 regiondan biri kimi dəyərləndirib.
Beynəlxalq qurumun hesabatında 2022-ci ilin 9 ayı ərzində hərbi əməliyyatlar nəticəsində Ukraynada 14 mindən çox mülki şəxsin həlak olduğu əksini tapıb. Qeyd edilib ki, hazırda 17,7 milyon insanın humanitar yardıma ehtiyacı var və 7,5 milyon ukraynalı Avropa ölkələrində qaçqın kimi yaşayır. Dünya üzrə səhiyyə müəssisələrinə ağır silahlarla edilmiş 471 hücumun 448-i Ukraynada baş verib.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən İcraiyyə Şurasına təqdim edilmiş hesabat Rusiya tərəfindən tənqid edilib, sənədin birtərəfli və əsassız olduğu deyilib. Rəsmi Moskva Ukraynada mülki obyektlərin hədəfə alınmadığını iddia edir.
Әlaqәli Xәbәrlәr
Rejim qüvvələri Həma şəhərinin kənarına çəkilib
Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplaşmalar Həma vilayətinin mərkəzini ələ keçirib.