PUA yaşayış binasının üzərinə düşüb

İraqın Kərkük şəhərində bir binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb

1939363
PUA yaşayış binasının üzərinə düşüb

Kərkük Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmir Nuri bildirib ki, pilotsuz uçuş aparatı şəhərin Şorav bölgəsində bir yaşayış binasına düşüb.

Nurinin sözlərinə görə insident zamanı ağır fəsad yaranan binada heç kim olmadığı üçün can itkisi olmayıb.

Uçuş aparatının kimə məxşus olduğuna dair hələlik məlumat olmadığını ifadə edən Nuri ərazinin giriş-çıxışlara bağlandığını, hadisə ilə bağlı geniş miqyaslı araşdırma başlandığını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr