İranda güclü zәlzәlә baş verib, 120 nәfәr yaralanıb

İranın Qərbi Azərbaycan vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

1934572
İranda güclü zәlzәlә baş verib, 120 nәfәr yaralanıb

İranın Qərbi Azərbaycan vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.
''Tasnim'' xəbər agentliyinin yaydığı məlumatına görə, zəlzələnin  episentri Xoy şəhərində yerləşib. Mәlumata әsasәn, tәbii fәlakәt nәticәsindә 120 nәfәr yaralanıb. Zәlzәlә nәticәsindә hәmçinin 5 kәnddә 20 evin zәrәr gördüyü bildirilib. Yeraltı təkanlar yerli vaxtla saat 13.38-də qeydə alınıb. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yayılmayıb.



Әlaqәli Xәbәrlәr