Əfqanıstanda 24 nəfər donaraq həyatını itirib

Əfqanıstanda qeyri-sabit hava şəraiti onlarla insanın ölümünə səbəb olub

1933368
Əfqanıstanda 24 nəfər donaraq həyatını itirib

Əfqan mətbuatında yer alan xəbərə görə, xüsusilə daxili və şimal bölgələrdə təsirli olan şaxta səbəbindən Badgisdə 4-ü uşaq olmaqla 5 nəfər, Herat və Bağlanda küçələrdə yaşayan 9, Xostda 5, Faryabda 2, Cüzcanda 2, Sər-e Polda 1 nəfər donaraq ölüb. Yüzlərlə insan hipotermiya səbəbindən xəstəxanalara müraciət edib. Çox sayda heyvan tələf olub.

Qeyd edək ki, iqtisadi böhran səbəbindən aztəminatlı ailələr yanacaq təmin edə bilmir. Eyni zamanda nəqliyyatda çətinliklər humanitar təşkilatların, ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirir.

 

 

 



Әlaqәli Xәbәrlәr