Ukrayna: Soledarın Rusiyanın nəzarətinə keçməsi doğru deyil

Ukrayna Baş Qərargahının Şərq qrupunun sözçüsü Sergey Çerevatiy bəyan edib ki, Rusiyanın Donetskdəki Soledar şəhərini ələ keçirməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

1932494

“Şəhərdə qarşıdurma davam edir”, deyə bildirən Çerevatiy məbuata açıqlamasında deyib ki, Rusiya Müdafiə Nazirliyinin Soledar şəhərini tamamilə nəzarətə götürdükləri barədə bəyanatı doğru deyil. Şəhərdə döyüşlər gedir. Təfərrüat verə bilmərəm.

Ukrayna əsgərlərinin şəhəri müdafiə etməyə davam etdiyini qeyd edən Çerevatiy şəhərin qarşı tərəfin nəzarətində olması ilə bağlı açıqlamaları “Rusların xüsusilə Ukrayna cəmiyyətində məyusluq yaratmaq üçün qəsdən çıxardığı səs-küy” kimi qiymətləndirib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.

Әlaqәli Xәbәrlәr