Suriyada çörək böhranı yaranıb

Suriyada Bəşər Əsəd rejiminin nəzarətində olan ərazilərdə yanacaq böhranı səbəbindən çörəkbişirmə müəssisələri istehsalı dayandırmalı olub.

1931876
Suriyada çörək böhranı yaranıb

Bildirilir ki, ölkədə çörək böhranının  əsas  səbəbi separatçı terror təşkilatı PKK/YPG-nin işğal etdiyi yataqlardan Əsəd rejiminə neft satışının  dayandırılması olub.

Rejimin nəzarəti altında olan şəhər mərkəzlərində fəaliyyət göstərən çörəkbişirmə sexlərinin əksəriyyəti yanacaq çatışmazlığı səbəbindən istehsalı dayandırıb. Bu da camaatın çörəyə çatmasına mane olur və həftədə bir dəfə işləyən bəzi çörək sexlərinin qarşısında növbə yaranır.

Yanacaq böhranı qışın gəlməsi və PKK/YPG-nin işğal altındakı yataqlardan neft satışını dayandırmasından sonra daha da artıb.

Qeyd edək ki, gündəlik 200 min barel neftə ehtiyacı olan rejim bunun ancaq 10 faizini təmin edə bilir.  

 



Әlaqәli Xәbәrlәr