Rusiya ordusu Podqorodnoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibənin gedişatına dair mətbuata açıqlama verib.

1931285
Rusiya ordusu Podqorodnoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

"Rusiya ordusu Donetsk bölgəsində Podqorodnoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib".
Bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibənin gedişatına dair mətbuata verdiyi açıqlamada deyib.

Əməliyyatların davam etdiyini deyən İ.Konaşenkov Donetsk istiqamətindəki Rusiya hərbi birləşmələrinin əməliyyatlar zamanı Podqorodnoye qəsəbəsini nəzarətə götürdüyünü qeyd edib.

Konaşenkov Soledar şəhərindəki vəziyyətlə bağlı isə deyib:

"Rusiya hava-desant qoşunları  Soledar şəhərinin şimal və cənub hissəsini mühasirəyə alıb. Rusiya Hərbi Hava Qüvvələri düşmənin dayaq məntəqələrinə hücum edir. Şəhərdə hücum dəstələri toqquşur".

Konaşenkov bəyan edib ki, Ukrayna ordusunun 57-ci motoatıcı briqadasının müşahidə və komanda məntəqələri Rusiya döyüş taktiki, hava, raket və artilleriya birləşmələrinin Artyömovsk (Bahmut) şəhərindəki hücumları zamanı vurulub:

“Ukraynada indiyədək qədər 371 təyyarə, 200 helikopter, 2 min 868 pilotsuz uçuş aparatı, 400 hava hücumundan müdafiə raket sistemi, 7 min 473 tank və zirehli texnika, 976 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 809 haubitsa və minaatan, 8 min 6 xüsusi hərbi maşın məhv etdik”.



Әlaqәli Xәbәrlәr