“Birgə Dəniz-2022” hərbi təlimə start verilir

Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin “Birgə Dəniz-2022” təliminə sabah(21 dekabr) start veriləcək.

1921188
“Birgə Dəniz-2022” hərbi təlimə start verilir

TRT xəbər verir ki bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirib ki, Çin və Rusiya hərbi qüvvələrinin keçirəcəyi birgə hərbi təlimin məqsədi yeni dövrdə iki ölkə arasında hərtərəfli strateji koordinasiya tərəfdaşlığını daha da gücləndirməkdir. Nazirliyin açıqlamasında qeyd edilib ki dekabrın 21-27-si tarixləri arasında keçiriləcək hərbi təlimlə iki ölkənin dəniz təhlükəsizliyi təhdidlərinə birgə cavab vermək, beynəlxalq və regional sülh və sabitliyi qorumaq, Çin-Rusiya hərtərəfli strateji koordinasiya tərəfdaşlığını yeni dövrdə daha da gücləndirmək əzmini və bacarığını nümayiş etdirmək məqsəd götürülüb.



Әlaqәli Xәbәrlәr