“Enerji obyektləri demək olar ki, hər gün vurulur”, V.Zelenski

Gecə saatlarında “Telegram” hesabında paylaşdığı gündəlik video-mesajla ilə xalqına müraciət edən Zelenski Rusiyanın hücumları nəticəsində Ukraynada elektrik enerjisi kəsintisinin davam etdiyini söyləyərək deyib...

1917374
“Enerji obyektləri demək olar ki, hər gün vurulur”, V.Zelenski

 

  Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın kritik enerji infrastrukturlarına hücumlarını davam etdirdiyini bildirib.

  Gecə saatlarında “Telegram” hesabında paylaşdığı gündəlik video-mesajla ilə xalqına müraciət edən Zelenski Rusiyanın hücumları nəticəsində Ukraynada elektrik enerjisi kəsintisinin davam etdiyini söyləyərək deyib: “Rusiya ordusu xüsusilə enerji infrastrukturlarını hədəfə almaqdadır. Odessa bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar edilir. Nəticədə enerji infrastrukturu zədələnib. Odessada vəziyyət çox ağırdır. Bölgədə elektrik enerjisi kəsilib, 1,5 milyondan çox adam işıqsız qalıb.

  Paytaxt Kiyevdə belə elektrik kəsintiləri davam edir.

  Enerji obyektləri demək olar ki, hər gün vurulur.

  Zədələnmiş enerji obyektlərinin tez bir zamanda bərpası üçün intensiv işlər aparılır”.



Әlaqәli Xәbәrlәr