Rusiyada "MiQ-31" qırıcısı qəzaya uğrayıb

Rusiyanın Primorsk bölgəsində "MİQ-31" qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

1913994
Rusiyada "MiQ-31" qırıcısı qəzaya uğrayıb

Rusiyanın Primorsk bölgəsində "MİQ-31" qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidmətindən verilən açıqlamada "MİG-31" qırıcının planlı təlim uçuşunu yerinə yetirərkən Primorsk bölgəsində yerləşən Alekseyevka kəndi yaxınlığında meşə sahəsinə düşdüyü bildirilib.

Açıqlamada ekipaj katapult edib. İlkin məlumata görə hadisə nəticəsində ölən olmadığı bildirilib.

Açıqlamada "Uçuş silah-sursatsız həyata keçirilib. Texniki nasazlıq təyyarənin qəzaya uğramasına səbəb ola bilər" deyilib.



Әlaqәli Xәbәrlәr