İran İnqilab Keşikçiləri Korpusunun bir üzvü öldürülüb

İranın ''Təsnim'' xəbər agentliyinin məlumatına görə, Kirmanşah əyalətinin Sehne rayonunda “silahlı üsyançılar” ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

1908119
İran İnqilab Keşikçiləri Korpusunun bir üzvü öldürülüb

İranın Kirmanşah əyalətində İnqilab Keşikçiləri Korpusunun bir üzvü öldürülüb.
İranın ''Təsnim'' xəbər agentliyinin məlumatına görə, Kirmanşah əyalətinin Sehne rayonunda “silahlı üsyançılar” ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Toqquşmada İnqilab Keşikçiləri Korpusunun Sehne rayonundakı kəşfiyyat məsələləri üzrə  rəhbəri polkovnik Nadir Beyraminin öldürüldüyü bildirilib.
Sehne rayonunun rəsmisi Cihanbahş Zengene Tebar, Sehne rayonunda keçirilən mərasim zamanı "bəzi silahlı üsyançıların" təhlükəsizlik qüvvələrinə hücum etdiyini və hücumda polkovnik Beyraminin bıçaqlanaraq öldürüldüyünü qeyd edib.
İran rəsmisi bildirib ki, hücum edənlər hadisədən sonra saxlanılıb.
Məşəd, Senendec və Bukan şəhərlərində keçirilən nümayişlər zamanı biri polkovnik-leytenant olmaqla 3 təhlükəsizlik xidməti əməkdaşının həlak olduğu bildirilib.
Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümü etirazlara səbəb olub.



Әlaqәli Xәbәrlәr