“Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri başlanmalıdır”, İ.Əliyev

İşgüzar səfərə getdiyi Gürcüstanda İ.Əliyev ölkənin baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb və sonra liderlər təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər

1896998
“Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri başlanmalıdır”, İ.Əliyev

 

  Azərbaycan prezidenti İlham Əliyev gələcəkdə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli məsləhətləşmələrin başlanması məsələsini gündəmə gətirib və Azərbaycanın buna hazır olduğunu bildirib.

  İşgüzar səfərə getdiyi Gürcüstanda İ.Əliyev ölkənin baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb və sonra liderlər təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

  İkinci Qarabağ Müharibəsindən sonrakı vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı çıxışında İlham Əliyev deyib: "Hesab edirik ki, Qarabağ münaqişəsi başa çatdı və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamaq vaxtı yetişdi. Niyyətimiz budur.

  Biz 5 əsas prinsipdən ibarət təklifimizi Ermənistan tərəfinə təqdim etmişik. İnanırıq ki, Ermənistan həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan bu əsas prinsiplər əsasında siyasi iradə nümayiş etdirəcək və sülh müqaviləsini bağlayacaq. Bununla Cənubi Qafqaza sülh gələcək və əməkdaşlıq imkanları yaranacaq.

  Biz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı da fikir mübadiləsi apardıq. Ermənistan tərəfi də buna razıdırsa, biz hazırıq.”

  Gürcüstanın baş naziri İ.Qaribaşvili çıxışında Azərbaycan prezidenti ilə regiondakı vəziyyəti, Azərbaycan və Ermənistan arasındakı görüşləri və sülh prosesini müzakirə etdiklərini söyləyərək "Mən və hökumətimiz Azərbaycan və Ermənistan arasında sülhün qorunması üçün əlimizdən gələni edəcəyik” deyib.



Әlaqәli Xәbәrlәr