Zaporojye AES-i və onun bütün mülkü Rusiyanın federal mülkiyyətinə veriləcək

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Zaporojye AES-nin ölkənin federal mülkiyyətinə verilməsi üçün tədbirlər görülməsi barədə sərəncam verib.

1888968

Sərəncama əsasən, Zaporojye AES-i və onun bütün mülkü Rusiyanın federal mülkiyyətinə veriləcək.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

6 nüvə reaktoru olan və 5700 meqavat/saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

Zaporojya Atom Elektrik Stansiyası martın 4-də Rusiya tərəfindən ələ keçirilib.

Әlaqәli Xәbәrlәr