Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı evində ölü tapılıb

Ukrayna Təhlükəsizlik Xidmətinin Kirovoqrad vilayətinin rəhbəri Oleksandr Nakoneçnı evində ölü tapılıb.

1870558
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı evində ölü tapılıb

Ukrayna Təhlükəsizlik Xidmətinin Kirovoqrad vilayətinin rəhbəri Oleksandr Nakoneçnı evində ölü tapılıb.

Yerli medianin xəbərinə görə, Nakoneçni şənbə günü (20 avqust 2022) gecə Kropivnitskidəki evində güllə səsi eşidildikdən sonra həyat yoldaşı tərəfindən ölü tapılıb.

Bildirilib ki, Ukrayna Baş Prokurorluğu Nakoneçnının öldüyünü təsdiqləyib, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Digər tərəfdən, yerli siyasətçi Andriy Lavrusun "Telegram" hesabında etdiyi paylaşımda Nakoneçninin intihar etdiyini yazdığı, lakin bu iddianın rəsmi orqanlar tərəfindən təsdiqlənmədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr